“Liverpul”un cinah oyunçusu Məhəmməd Salah cari mövsümün sonunda İngiltərə klubundan ayrıldıqdan sonra “Roma”ya qayıtmağı düşünür.
İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Nəşrin məlumatına görə, misirli futbolçu İtaliya klubunda bir mövsüm keçirə bilər və bu da gələcəyi ilə bağlı qərarı təxirə salır. Salah 2015-ci ildən 2017-ci ilə qədər “Roma”da oynayıb, bütün yarışlarda 83 oyun keçirib, 34 qol və 21 məhsuldar ötürmə edib.
Bu mövsüm 33 yaşlı futbolçu klubun heyətində bütün yarışlarda 34 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 30 milyon avro qiymətləndirir.
