Vinisius “Real Madrid”də mart ayının ən yaxşı oyunçusu seçilib

28 Mart 2026 04:11
295
Vinisius “Real Madrid”də mart ayının ən yaxşı oyunçusu seçilib

“Real Madrid”in cinah oyunçusu Vinisius Junior komandanın mart ayının ən yaxşı oyunçusu seçilib.

İdman.Biz-in məlumatına görə, braziliyalı qanad oyunçusu səsvermədə müdafiəçilər Din Heysen və Antonio Rüdigeri, eləcə də yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuamenini geridə qoyaraq qalib gəlib.

Bu ay Vinisius bütün yarışlarda altı oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

“Real Madrid” hazırda İspaniya çempionatının turnir cədvəlində “Barselona”dan dörd xal geridə qalaraq ikinci yerdədir.

İdman.Biz