“Barselona” zədələnmiş Rafinyanın sağalma müddətini açıqlayıb - VİDEO

28 Mart 2026 00:53
508
“Barselona” zədələnmiş Rafinyanın sağalma müddətini açıqlayıb - VİDEO

“Barselona”nın hücumçu Rafinyanın Braziliya milli komandasında beynəlxalq oyunlarda iştirak edərkən aldığı zədə ilə bağlı açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, Rafinya Fransa ilə yoldaşlıq oyununda (1:2) fasilədə əvəzlənib.

“Braziliya Futbol Konfederasiyası (CBF) tərəfindən aparılan tibbi müayinələr nəticəsində təsdiqləndiyi kimi, Rafinya Braziliya-Fransa matçında yaşadığı narahatlıqdan sonra sağ bud əzələsindən zədə alıb.

Rafinya lazımi müalicəyə başlamaq üçün “Barselona”ya qayıdıb. Gözlənilən sağalma müddəti beş həftədir”, - “blauqrana” X sosial media səhifəsindəki açıqlamasında yazıb.

İdman.Biz