“Atletiko Madrid” baş məşqçi Dieqo Simeone ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparıb.
İdman.Biz bu barədə AS-a istinadən xəbər verir.
Simeone və “Atletiko” rəhbərliyi cari mövsümün sonunda yeni bir illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.
Qış transfer pəncərəsindən sonra Simeone ilə “Atletiko”nun idman direktoru Mateu Alemani arasında münasibətlərin pisləşməsi fonunda “İnter”in məşqçi ilə maraqlandığı bildirilirdi.
Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında “Atletiko” iki İspaniya çempionluğu və Avropa Liqasını qazanıblar.
