“FIFA Series – 2026”: Azərbaycan tarixində ən böyükhesablı qələbəsini qazanıb - YENİLƏNİB + FOTO/VİDEO

27 Mart 2026 21:01
549
“FIFA Series – 2026”: Azərbaycan tarixində ən böyükhesablı qələbəsini qazanıb

Azərbaycan - Sent Lüsiya oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Bu, Azərbaycan millisinin indiyədək qazandığı ən böyükhesablı qələbədir.

20:59

Azərbaycan Sent Lüsiyanın qapısına daha bir qol vurub.

İdman.Biz xəbər verir ki, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə fərqi artırıb - 6:1.

20:57

Azərbaycan – Sent Lüsiya oyununda hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, 86-cı dəqiqədə Vüsal İsgəndərli fərqi artırıb - 5:1.

20:35

Azərbaycan – Sent Lüsiya oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 64-ci dəqiqədə Toral Bayramov hesabı dəyişib - 4:1.

20:24

Azərbaycan – Sent Lüsiya oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 52-ci dəqiqədə rəqibin oyunçusu Donovan Filip penaltidən hesab arasındakı fərqi azaldıb - 3:1.

20:15

Azərbaycan – Sent Lüsiya oyununda ikinci yarı başlayıb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra Azərbaycan 3:0 hesabı ilə irəlidədir.

19:58

Azərbaycan – Sent Lüsiya oyununda ilk yarı yekunlaşıb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra Azərbaycan 3:0 hesabı ilə irəlidədir.

19:48

Azərbaycan – Sent Lüsiya oyununda hesab yenə dəyişib.

İdman.Biz xəbər verir ki, 37-ci dəqiqədə Musa Qurbanlı millimizin üçüncü qoluna imza atıb.

19:33

Azərbaycan – Sent Lüsiya oyununda hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 21-ci dəqiqədə Rəhim Sadıxov millimizin ikinci qoluna imza atıb.

19:14

Azərbaycan – Sent Lüsiya oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, ikinci dəqiqədə Emin Mahmudov penaltidən millimizi önə çıxarıb.

19:11

“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan – Sent Lüsiya oyunu başlayıb.

İdman.Biz xəbər verir ki, oyunun baş hakimi gürcüstanlı Giorgi Kruaşvilidir.

18:36

Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

AFFA-dan verilən məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

09:20

Bu gün Azərbaycan millisi “FIFA Series - 2026” beynəlxalq turnirində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki,, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.Biz