“Atletiko”nun prezidenti klubun “Real Madrid”lə matçda hakimlikdən şikayət edəcəyini bildirib

26 Mart 2026 22:52
60
“Atletiko”nun prezidenti klubun “Real Madrid”lə matçda hakimlikdən şikayət edəcəyini bildirib

“Atletiko Madrid”in prezidenti Enrike Sereso klubun İspaniya çempionatının 29-cu turunda “Real Madrid”ə 3:2 hesabı ilə məğlub olduqları oyunda hakimlikdən şikayət etmək niyyətində olduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, oyunun hakimi Xose Munuera Montero olub.

“Şikayət etmək? Hamıya şikayət edəcəyik. Amma baş verənlər barədə danışmaq heç nəyi həll etməyəcək. Biz uduzduq, vəssalam. Olan oldu. Onlar [hakimlər] düzəltməli olanı düzəltməlidirlər və bu, çətin olacaq. VAR hakimlərlə yaxşı ünsiyyət qurmur”, - deyə Sport.es Seresodan sitat gətirir.

“Real Madrid”lə oyundan sonra “Atletiko” sosial media səhifəsində oyundan bir neçə səhnə paylaşıblar və onların fikrincə, Montero “Los Blancos”un xeyrinə qərarlar qəbul edib.

İdman.Biz