UEFA Millətlər Liqasının pley-off oyunları: Latviya və Lüksemburqdan qələbə - YENİLƏNİB

26 Mart 2026 23:08
358
UEFA Millətlər Liqasının pley-off oyunları: Latviya və Lüksemburqdan qələbə

UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşıb. Hər iki oyun qonaqların qələbəsi ilə bitib.

Latviya Cəbəlüttariqi 1:0, Lüksemburq isə Maltanı 2:0 hesabı ilə məğlub edib.

11:15

Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün ilk pley-off oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, Latviya millisi Cəbəllütariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçları martın 31-də olacaq. Bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Cəbəllütariq - Latviya matçının qalibi C Liqasının ikinci, məğlubu D Liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C Liqasının dördüncü, məğlubu isə D Liqasının birinci qrupunda mübarizə aparacaq.

İdman.Biz