“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu zədəsi sağaldıqdan sonra kluba qayıtdığını elan edən bir paylaşım edib.
İdman.Biz-in məlumatına görə, hücumçu sosial media səhifəsində öz şəklini paylaşıb və başlığa “Qayıtdığıma şadam! Hər şey yaxşı görünür” yazıb.
Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Feyha”ya (3:1) qarşı matçda zədə alaraq müalicə üçün İspaniyanın Madrid şəhərinə getmişdi.

Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 26 oyunda meydana çıxıb, 22 qol vurub və dörd məhsuldar ötürmə edib.
