“Atletiko Madrid” Alvaresə 10 milyon avrodan çox pul ödəməyə hazırdır

26 Mart 2026 20:28
60
“Atletiko Madrid” Alvaresə 10 milyon avrodan çox pul ödəməyə hazırdır

“Atletiko Madrid” hücumçu Xulian Alvaresə yeni müqavilə təklif etməyə hazırdır ki, digər komandalara, xüsusən də onunla maraqlanan “Barselona”ya keçməsin.

Bu barədə İdman.Bizı “Marca”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Atletiko” argentinalı hücumçunu qapıçı Yan Oblakla yanaşı, komandanın ən çox qazanan oyunçusu edə bilərlər. Mediada əvvəllər qapıçının maaşının təxminən 20 milyon avro olduğu bildirilirdi.

Vurğulanır ki, “Atletiko Madrid” Alvaresin müqaviləsini daha bir-iki il uzatmaq istəyir. Hücumçu ildə 10 milyon avrodan çox qazanacaq.

Bu mövsüm argentinalı bütün yarışlarda 44 oyunda meydana çıxıb, 17 qol vurub və doqquz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

İdman.Biz