İnyaki Qana yığmasını seçməsinin səbəbini açıqlayıb

Xəbərlər
31 Dekabr 2023 01:19
96
İnyaki Qana yığmasını seçməsinin səbəbini açıqlayıb

“Atletik”in futbolçusu İnyaki Uilyams Qana yığmasının seçməsinə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, o, qardaşı Nikodan fərqli İspaniya komandasında oynamaq istəməyib.

İnyaki seçimini ailəsi ilə bağlı olduğunu bildirib: “Bu, mənim üçün böyük əhəmiyyət kəsb edir və ailə səviyyəsində verilmiş sözdür. Babam ötən yayda dünyasını dəyişib. Əminəm ki, əgər Afrika Millətlər kubokunda oynasam, o, buna çox sevinərdi”.

Qeyd edək ki, İnyaki və Niko Uilyams qardaşları “Atletik”in yetirməsidir. İnyaki İspaniya yığmasında yoldaşlıq oyununda meydana çıxsa da, o, 2022-ci ildən Qana komandasında çıxış etməyə qərar verib. Niko isə 11 qarşılaşmada İspaniya millisinin şərəfini qoruyub.

İdman.biz