Argentinada daxili yarışlar sisteminə yeni turnir əlavə olunub.
İdman.Biz xəbər verir ki, ölkənin futbol qurumları daxili arenada ən güclü klubu müəyyənləşdirmək üçün Çempionlar Re-kuboku (Recopa de Campeones) adlı yeni turnirin yaradıldığını elan ediblər.
Yeni sistemə əsasən, Apertura və Klausura qalibləri Çempionlar Kuboku (Trofeo de Campeones) uğrunda mübarizə aparacaqlar.
Çempionlar Kubokunun qalibi Argentina Superkuboku (Supercopa Argentina) və Beynəlxalq Superkubokda (Supercopa Internacional) iştirak hüququ qazanacaq. Argentina Kubokunun (Copa Argentina) qalibi də birbaşa Argentina Superkubokuna vəsiqə əldə edəcək.
Çempionatın ümumi illik hesabının qalibi isə Beynəlxalq Superkubokda iştirak edəcək.
Mövsümün yekununda keçiriləcək Çempionlar Re-kubokunda Argentina Kuboku, Argentina Superkuboku və Beynəlxalq Superkubokun qalibləri ölkənin mütləq çempionu titulunu qazanmaq üçün üz-üzə gələcəklər.
