“The Athletic”dən Tom Bogertin sosial media hesabında verdiyi məlumata görə, iki MLS klubu – “İnter Mayami” və “Los Anceles Qalaksi” 34 yaşlı “Mançester Yunayted2in yarımmüdafiəçisi Kazemiro ilə ciddi maraqlanır.
İdman.Biz bildirir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi mövsümün sonunda azad agent olacaq.
Braziliyalı futbolçu yanvar ayında klubdan ayrılmaq niyyətində olduğunu açıqlayıb – “qırmızı şeytanlar”la bitən müqaviləsi uzadılmayacaq.
Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi mankunianlıların heyətində bütün yarışlarda 30 oyuna çıxıb, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.
