Luis Qarsiya “Sevilya”nın baş məşqçisi təyin edilib

25 Mart 2026 01:39
105
Luis Qarsiya “Sevilya”nın baş məşqçisi təyin edilib

“Sevilya”nın mətbuat xidməti rəsmi saytında Luis Qarsiya Plazanın baş məşqçi təyin olunduğunu elan edib.

İdman.Biz xəbər verir ki, 53 yaşlı mütəxəssisin müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

İspaniyalı məşqçi karyerası ərzində “Vilyarreal”, “Xetafe”, “Alaves”, “Levante” və digər klublarda çalışıb. “Sevilya”ya keçməzdən əvvəl Qarsiya “Alaves”i (2022-ci ilin yayı - 2024-cü ilin qışı) çalışdırıb.

İspaniya liqasının 29 turundan sonra Əndəlüs klubunun 31 xalı var və hazırda 15-ci yerdədir.

İdman.Biz