Hücumçu Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir.
“Qələbəni qeyd etdik. Ən vacib kubokları qazandıq. Həyatımızın ən çətin anlarında birlikdə mübarizə apardıq. Burada olduğum müddətdə bu klubun bir hissəsi olan hər kəsə, xüsusən də keçmiş və hazırkı komanda yoldaşlarıma, eləcə də azarkeşlərə təşəkkür etmək istəyirəm. Söz tapa bilmirəm - karyeramın ən yaxşı vaxtlarında mənə verdiyiniz dəstəyi və ən çətin anlarda yanımda olmağınızı heç vaxt unutmayacağam və həmişə xatırlayacağam”, - Salah deyib.
