“Real Madrid” “Çelsi”nin müdafiəçisini hədəfləyir

24 Mart 2026 19:54
106
“Real Madrid” “Çelsi”nin müdafiəçisini hədəfləyir

“Real Madrid”, “Liverpul” və “Borussiya Dortmund” “Çelsi”nin sağ cinah müdafiəçisi Coş Açeamponqa maraq göstərirlər.

İdman.Biz bu barədə Caught Offside-a istinadən bildirir.

Mənbəyə görə, 19 yaşlı futbolçu üçün potensial təkliflər 25-30 milyon avro arasında dəyişə bilər. Vurğulanır ki, yerli oyunçunun satışı Çelsinin əhəmiyyətli maliyyə çevikliyi qazanmasına kömək edə bilər.

Açeamponq bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz