Hücumçu Ceydon Sanço bu yay “Mançester Yunayted”dən ayrılacaq.
İdman.Biz-in xəbərinə görə, jurnalist Florian Plettenberq bu barədə məlumat verib.
Mənbəyə görə, oyunçunun “Mançester Yunayted”dən ayrılma ehtimalı 100% -dir. “Borussiya Dortmund” oyunçu ilə fəal şəkildə maraqlanır və artıq “qırmızı şeytanlar”la danışıqlar aparır. "Dortmund"un baş direktoru Hans-Yoahim Vatske şəxsən Sançonun “Borussiya”nın heyətinə qayıtmasında maraqlıdır və hücumçunun bundan xəbəri var. Hazırda bu məsələ ilə bağlı heç bir qərar verilməyib və digər klublar da maraqlanır.
Transfermarkt-ın məlumatına görə, “Mançester Yunayted” Sançonu 2021-ci ilin yayında “Borussiya Dortmund”dan 85 milyon avroya alıb. 2025-ci ilin sentyabrında hücumçu mövsümün sonuna qədər icarə əsasında “Aston Villa”ya keçib.
