FIFA prezidenti Canni İnfantino İsrail komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması ideyasını rədd edib.
“FIFA Nizamnaməsinin müvafiq müddəalarının şərhi kontekstində Qərb Sahilinin son hüquqi statusu beynəlxalq ictimai hüquq çərçivəsində həll olunmamış və son dərəcə mürəkkəb bir məsələ olaraq qaldığını nəzərə alsaq, heç bir tədbir görülməməlidir”, - İnfantino bildirib.
Qəzza zolağındakı vəziyyətə görə İsrail milli komandasının qadağan edilməsi çağırışları barədə daha əvvəl bildirilmişdi.
2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynadakı müharibə səbəbindən milli komandalar da daxil olmaqla bütün Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.
