UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində iştirak edən səkkiz komanda müəyyənləşib.
İdman.Biz xəbər verir ki, “Barselona” 1/8 final mərhələsinin ikinci oyununda “Nyukasl” üzərində 7:2 hesablı qələbə qazanaraq dörddəbir finala vəsiqə qazanıb. Bu komandaların ilk oyunu 1:1 hesabı ilə bitmişdi.
İlk oyunda 1:0 hesablı məğlubiyyətdən sonra “Liverpul” “Qalatasaray”ı 4:0 hesabı ilə məğlub edib.
“Atletiko Madrid” “Tottenhem Hotspur”u ümumi hesabla (5:2, 2:3) məğlub edib. “Bavariya” “Atalanta” üzərində 6:1 və 4:1 hesablı qələbələr qazanaraq ilk səkkizliyə yüksəlib. Əvvəlki oyun gününün nəticələrinə əsasən, “Real Madrid”, “Sportinq”, “Arsenal” və PSJ Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.
2025/26 Çempionlar Liqasının dörddəbir final cütlükləri:
“Sportinq” – “Arsenal”
“Real Madrid” – “Bavariya”
PSJ – “Liverpul”
“Barselona” – “Atletiko Madrid”.
Dörddəbir finalın ilk oyunları aprelin 7-də keçiriləcək.
