İtaliya A seriyası 18-ci turuna start verilib.
İdman.biz xəbər verir ki, çempion növbəti dəfə xal itirib.
“Napoli” öz meydanında “Montsa”nın müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində hesab açılmayıb. “Fiorentina” isə doğma azarkeşləri qarşısında yeganə qolla qələbə qazanıb. “Bənövşəyilər” 83-cü dəqiqədə yeganə topu “Torino”nun qapısından keçiriblər. Bu qələbə Florenisya təmsilçisini 4-cü pilləyə yüksəldib.
İtaliya A seriyası
18-ci tur
Fiorentina – Torino – 1:0
Napoli – Montsa – 0:0
İdman.biz