Flik: “Çempionlar Liqasını qazana bilərik”

17 Mart 2026 23:52
115
Flik: “Çempionlar Liqasını qazana bilərik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 1/8 final mərhələsinin “Nyukasl”la ikinci oyunundan əvvəl komandasının Çempionlar Liqasındakı ambisiyalarından danışıb.

İdman.Biz bildirir ki, komandalar ilk oyunda 1:1 hesablı heç-heçə ediblər.

“Bu, futboldur. Çox şey baş verə bilər və sabah hər şey dəyişə bilər, amma biz pozitiv qalmalıyıq. Komandada çoxlu keyfiyyətli oyunçu var və düşünürəm ki, bu Çempionlar Liqasını qazanmağa qadirik, baxmayaraq ki, inkişaf etməliyik. Hazırda hər kəsin formada olması və ən yaxşı oyununu göstərməsi vacibdir. Bu, gələn ay üçün ən vacib şeydir”, - deyə Flik UEFA-nın rəsmi saytında bildirib.

Builki Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da 30 mayda keçiriləcək.

İdman.Biz