UEFA Çempionlar Liqası: “Real Madrid”, “Arsenal” və PSJ 1/4 finalda - YENİLƏNİB + VİDEO

18 Mart 2026 01:57
378
UEFA Çempionlar Liqası: “Real Madrid”, “Arsenal” və PSJ 1/4 finalda

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” (İngiltərə) və “Real Madrid” (İspaniya) arasında keçirilən ikinci oyun başa çatıb. İspaniya komandası 2:1 hesablı qələbə qazanıb. Oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

22-ci dəqiqədə Vinisius Junior penaltidən zərbə ilə qonaqları irəli çıxarıb. Erlinq Holand 42-ci dəqiqədə “Siti”nin bərabərlik qolunu vurub. Vinisius 90+3-cü dəqiqədə ikinci qolunu vurub.

İlk oyunda “Real Madrid” “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub etmişdi.

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” (İngiltərə) və “Pari Sen-Jermen” (Fransa) arasında keçirilən ikinci oyunu başa çatıb. Matç Londondakı “Stemford Bridc” stadionunda keçirilib. PSJ 3:0 hesabı ilə qalib gəlib (ümumi hesab 8:2).

Xviça Kvaratsxeliya 15-ci dəqiqədə hesabı açıb. Bredli Barkola 15-ci dəqiqədə hesabı artırıb. 62-ci dəqiqədə Senni Mahulu hesabı tamamlayıb.

İlk oyunda PSJ “Çelsi”ni 5:2 hesabı ilə darmadağın etmişdi.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal” (İngiltərə) və “Bayer” (Almaniya) arasında keçirilən ikinci oyun başa çatıb. İngiltərə klubu matçı 2:0 hesabı ilə qazanıb.

36-cı dəqiqədə “Arsenal”ın cinah oyunçusu Ebereçi Eze cərimə meydançasının xaricindən zərbə ilə hesabı açıb. Yarımmüdafiəçi Deklan Rays 63-cü dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb.

İlk oyunda komandalar 1:1 hesablı heç-heçə etdilər. Beləliklə, “Arsenal” Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb və burada “Sportinq”lə qarşılaşacaq.

00:27

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

“Sportinq” Portuqaliyada Norveçin “Bodo-Qlimt” klubunu qəbul edib. Bu komandalar arasında Norveçdə keçirilən ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitmişdi.

“Sportinq”dən Qonsalu İnasiu 34-cü dəqiqədə heabı açıb. 61-ci dəqiqədə Pedru Qonsaleş ikinci qolu vurub – 2:0. 79-cu dəqiqədə Luis Suares üçüncü topu norveçlilərin qapısından keçirib – 3:0. Əlavə vaxtın 92-ci dəqiqəsində Maksimiliano Vilçes “Sportinq”in dördüncü oluna imza atıb. 120+1-də Rafael Nel oyunda son nöqtəni qoyub – 5:0.

Beləliklə, “Sportinq” Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.

09:20

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
21:45. “Sportinq” (Portuqaliya) - “Budo-Qlimt” (Norveç)

İlk oyun - 0:3

23:59. “Arsenal” (İngiltərə) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun - 1:1

23:59. “Çelsi” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 2:5

23:59. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)
İlk oyun - 0:3

İdman.Biz