“Bodo-Qlimt” Çempionlar Liqası tarixində ardıcıl altı oyunda start heyətini dəyişməz saxlayan ilk klub olub.
İdman.Biz xəbər verir ki, Norveç komandası bu turnirdə 1/8 finalda “Sportinq”ə məğlub olaraq (3:0, 0:5) mübarizəni dayandırıb.
Əsas mərhələdə “Bodo-Qlimt” “Mançester Siti”ni 3:1, “Atletiko Madrid”i isə 2:1 hesabı ilə məğlub etmişdi. Pley-offda Norveç klubu “İnter”i ümumi hesabla 5:2 hesabı ilə məğlub edib.
Qeyd etmək lazımdır ki, heyətdəki 11 oyunçudan doqquzu norveçlidir.
