“Fənərbağça” böyükhesablı qələbə qazanaraq liderlə aradakı fərqi azaldıb - VİDEO

17 Mart 2026 23:37
95
“Fənərbağça” böyükhesablı qələbə qazanaraq liderlə aradakı fərqi azaldıb

Türkiyə Superliqasında 27-ci turun bir oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Fənərbağça” öz müydançasında “Qaziantep”i qəbul edib.

Oyun 4:1 hesabı ilə “Fənərbağça”nın xeyrinə başa çatıb.

Qolları “Fənərbağça”dan Dorjeles Nene (41, 68, 79) və N’Qolo Kante (59), “Qaziantep”dən isə Aleksandru Maksim (52) vurublar.

“Fənərbağça”nın bu qələbədən sonra 60 xalı var. Klub ikinci yerdədir. “Qaziantep” 33 xalla 9-cudur.

“Qalatasaray” 64 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz