“Mançester Siti” “Vest Hem”in müqavimətini qıra bilməyib - YENİLƏNİB + VİDEO

15 Mart 2026 02:21
448
“Mançester Siti” “Vest Hem”in müqavimətini qıra bilməyib

İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” və “Mançester Siti” arasında keçirilən oyun başa çatıb. Final fitindən sonra hesab 1:1 olub. Oyun “London” Stadionunda baş tutub.

31-ci dəqiqədə Bernardo Silva qonaqlara irəli çıxarıb, 35-ci dəqiqədə isə “Vest Hem”in oyunçusu Konstantinos Mavropanos bərabərlik qolunu vurub.

Bu oyundan sonra “Vest Hem” İngiltərə Premyer Liqasında 29 xalla 17-ci, “Mançester Siti” isə 61 xalla ikinci yerdədir.

23:42

İngiltərə Premyer Liqasının 30-cu turunun “Arsenal” və “Everton” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “topçular” 2:0 hesabı ilə qalib gəliblər. Oyun Londondakı “Emirates” stadionunda baş tutub.

Viktor Gyökereş 89-cu, Maks Doumen isə 90+7-ci dəqiqədə qol vurublar.

Bu oyundan sonra “Arsenal” 70 xalla İngiltərənin yüksək liqasının turnir cədvəlində birinci, “Everton” isə 43 xalla səkkizinci yerdədir.

Turun digər oyunları belə başa çatıb:

“Çelsi” – Nyukasl” – 0:1
“Sanderlend” – “Brayton” - 0:1
“Börnli” – “Bornmut” – 0:0

İdman.Biz