Dünyanın ən bahalı qapıçıları – Kurtuanın dəyəri 10 milyon düşüb

Xəbərlər
28 Dekabr 2023 14:41
Dünyanın ən bahalı qapıçıları – Kurtuanın dəyəri 10 milyon düşüb

Dünyanın ən bahalı 10 qapıçısının adı açıqlanıb.

İdman.biz xəbər verir ki, “Transfermarkt”ın təqdim etdiyi siyahıda “Porto”nun 1 nömrəsi Dioqo Kosta liderdir.

Onun dəyəri 45 milyon avro göstərilir.

Belçikalı Tibo Kurtua isə “10luğ”u qapayır. Madrid “Real”ının qolkiperinin dəyəri 10 milyon avro ucuzlaşıb.

Dünyanın ən dəyərli 10 qapıçısı:

1. Dioqo Kosta (“Porto”, 45 milyon avro)
2. Mik Maynyan (“Milan”, 45 milyon avro)
3. Canluici Donnarumma (PSJ, 40 milyon avro)
4. Qreqor Kobel (“Borussiya”, 40 milyon avro)
5. Ederson Moraes (“Mançester Siti”, 40 milyon avro)
6. Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro)
7. David Raya (“Arsenal”, 35 milyon avro)
8. Yan Oblak (“Atletiko Madrid”, 35 milyon avro)
9. Mark-Andre ter Ştegen (“Barselona”, 35 milyon avro)
10. Tibo Kurtua (“Real”, 35 milyon avro)

Məqalədə: