Qırğızıstanın futbol üzrə milli komandası yoldaşlıq oyununda Maldiv adaları yığmasını böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, görüş 5:0 hesabı ilə başa çatıb. Qırğızıstan 12-ci dəqiqədə Erbol Atabayevin qolu ilə hesabı açıb.
20-ci dəqiqədə Sirojiddin Astanakulov meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. Üç dəqiqə sonra isə Atabayev dublunu rəsmiləşdirib.
Qırğızıstan fasiləyə qədər daha iki dəfə fərqlənib. 33-cü dəqiqədə Valeri Murzakov, 42-ci dəqiqədə isə Joel Kojo qol vurub.
İkinci hissədə hesab dəyişməyib və Qırğızıstan millisi Maldiv adalarını 5:0 hesabı ilə məğlub edib.
