“Real Madrid”in prezidenti Florentino Peres “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri və “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbekin alınmasına 100 milyon avro xərcləmək niyyətindədir.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Alberto Pereyro məlumat verib.
Mənbənin məlumatına görə, 100 milyon avro bu oyunçuları transfer etmək üçün kifayət etməyə bilər. Vurğulanır ki, “Los Blancos”un digər oyunçuları əldə etməyə çalışıb-çalışmayacağı gələn yay onların satışlarından asılıdır.
Transfermarkt saytında yer alan məlumata görə, Rodrinin bazar dəyəri 75 milyon avrodur. Portal həmçinin Şlotterbekin dəyərini 55 milyon avro olaraq qiymətləndirir.
