“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb.
İdman.Biz bildirir ki, o, klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.
“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə dəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.
Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.
Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub.
