İngiltərə Kubokunun 1/8 final mərhələsinin “Vulverhempton” və “Liverpul” komandaları arasında keçirilən oyun başa çatıb.
Oyun “Molineux Stadium”da (Vulverhempton, İngiltərə) baş tutub.
Qonaq komanda 3:1 hesablı qələbəni qeyd edib.
“Liverpul”un müdafiəçisi Endryu Robertson matçın ilk qolunu 51-ci dəqiqədə vurub. İki dəqiqə sonra hücumçu Məhəmməd Salah qonaqların fərqini ikiqat artırıb. 74-cü dəqiqədə yarımmüdafiəçi Körtis Cons “Vulverhemptona” üçüncü qolu vurub. 90+1-ci dəqiqədə ev sahibi komandanın hücumçusu Hvan Hi Çan hesabı 3:1 edib.
