İtaliya A Seriyasının 28-ci turunun “Napoli” və “Torino” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun İtaliyanın Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda baş tutub.
Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
“Napoli”nin hücumçusu Alisson Santos hesabı 7-ci dəqiqədə açıb. "Napoli"nin hücumçusu Elif Elmas 68-ci dəqiqədə komandasının üstünlüyünü artırdı. 2Torino”nun yarımmüdafiəçisi Çezare Kasadei 87-ci dəqiqədə bir qolun əvəzini çıxıb.
30 xalla “Torino” hazırda İtaliya yüksək liqasında 14-cü, 56 xalla “Napoli” isə üçüncü yerdədir.
