Almaniya Bundesliqasının 25-ci turunun “Bavariya” və “Borussiya Mönhenqladbax” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun “Arena Münhen”də oynanılıbv və ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
33-cü dəqiqədə “Bavariya”nın cinah oyunçusu Luis Dias hesabı açıb. 45+1-də müdafiəçi Konrad Laymer ev sahibi komandanın üstünlüyünü artırıb. 57-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala penalti zərbəsi ilə üçüncü qolu vurub. 79-cu dəqiqədə hücumçu Nikolas Cekson “Bavariya”nın dördüncü qolunu vurub. 89-cu dəqiqədə yarımmüdafiəçi Vael Mokhia hesab arasındakı fərqi azaldıb.
Bundesliqanın 25 oyunundan sonra “Bavariya” 66 xalla birinci, “Borussiya Mönhenqladbax” isə 25 xalla 12-ci yerdədir.
