“Monako” səfərdə PSJ-ni məğlub edib - VİDEO

7 Mart 2026 01:56
81
“Monako” səfərdə PSJ-ni məğlub edib

Fransa Liqa 1 mövsümünün 25-ci turunun PSJ və “Monako” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, Parisdəki “Park de Prens” stadionunda baş tutan matç qonaq komandanını 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Monako”nun hücumçusu Maqneş Akliuş matçın ilk qolunu 27-ci dəqiqədə vurub. Qonaq yarımmüdafiəçi Aleksandr Qolovin 55-ci dəqiqədə fərqi ikiqat artırıb. Ev sahibi komandanın hücumçusu Bredli Barkola 71-ci dəqiqədə fərqi azaltsa da, iki dəqiqə sonra “Monako”nun hücumçusu Folarin Baloqun parislilərin qapısına üçüncü qolu vurub.

Fransa liqasında 25 oyundan sonra PSJ 57 xalla turnir cədvəlinə başçılıq edir. “Monako” isə 40 xalla altıncı yerdədir.

İdman.Biz