“Real Madrid” Mbappenin vəziyyəti ilə bağlı açıqlama yayıb

2 Mart 2026 23:16
65
“Real Madrid” Mbappenin vəziyyəti ilə bağlı açıqlama yayıb

“Real Madrid” hücumçu Kilian Mbappenin vəziyyəti ilə bağlı açıqlama yayıb.

“Oyunçumuz Kilian Mbappenin “Real Madrid”in tibbi xidmətinin nəzarəti altında fransız tibb mütəxəssisləri tərəfindən aparılan müayinəsindən sonra sol dizində bağın burxulması diaqnozu təsdiqlənib və konservativ müalicənin məqsədəuyğunluğu da təsdiqlənib. Onun vəziyyəti yaxından izləniləcək”, - klub rəsmi saytında dərc olunmuş açıqlamada bildirib.

İdman.Biz-in xəbərinə görə, daha əvvəl Mbappenin burxulmuş dizinin müalicəsi ilə bağlı problemlərə görə klub həkimlərindən narazı olduğu bildirilirdi.

Vəziyyətdən əsəbiləşən hücumçu ötən həftə klubun icazəsi ilə yerli mütəxəssislərlə məsləhətləşmək üçün Parisə səfər etmişdi və bu, onu Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı cavab oyununu buraxmağa məcbur etmişdi. Hazırkı müalicə planı onu uzun müddət kənarda qoya biləcək əməliyyatdan yayınmağa yönəlib.

“Real Madrid” oyunçunun geri dönüşü üçün vaxt açıqlamasa da, onun sağalmasında müsbət irəliləyiş olduğunu qeyd edib. Nəzəri olaraq, o, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə qarşılaşmaya qədər vaxtında sağala bilər, baxmayaraq ki, onun 11 martda "şəhərlilər"ə qarşı ilk oyunda iştirakı hələ də sual altındadır. Bu mövsüm Mbappe bütün turnirlərdə “Real Madrid”in heyətində 33 oyunda 38 qol vurub və altı məhsuldar ötürmə edib.

İdman.Biz