“Real Madrid” “Mançester Siti”in və İspaniya millisinin yarımmüdafiəçisi Rodri ilə maraqlanır.
Jurnalist Ramon Alvarez de Monun sözlərinə görə, Madrid “Qızıl top” mükafatçısının formasını və fiziki hazırlığını 2026-cı il Dünya Kubokundan əvvəl qiymətləndirəcək.
29 yaşlı ispaniyalı “Real Madrid”in transfer etmək istədiyi yarımmüdafiəçidir. Transfer haqqı təxminən 50 milyon avro qiymətləndirilir.
Bu mövsüm Rodri Premyer Liqada 15 oyun keçirib, orta hesabla hər oyunda 65 dəqiqə oynayıb və iki sarı vərəqə alıb.
