FİFA Prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatından bir neçə ay əvvəl Meksikada baş verən silahlı toqquşmalarla bağlı şərh verib.
İdman.Biz bildirir ki, dünya çempionatı yayda ABŞ, Kanada və Meksikada keçiriləcək.
“Bu gün Meksika prezidenti Klaudiya Şeynbaumla gözəl söhbətim oldu.
Ev sahibi ölkəyə olan tam inamımızı bir daha təsdiqlədim və tarixin ən iddialı və inklüziv Dünya Kubokunun bir hissəsi olacaq bütün oyunları orada keçirməyi səbirsizliklə gözləyirik”, - deyə FIFA prezidenti bildirib.
