Qvardiola “Real Madrid”lə oyunlar barədə: “Bu yarışın tarixinin ən yaxşı komandaları ilə oynayanda öyrənirsən”

28 Fevral 2026 00:18
119
Qvardiola “Real Madrid”lə oyunlar barədə: “Bu yarışın tarixinin ən yaxşı komandaları ilə oynayanda öyrənirsən”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının “Real Madrid”lə qarşılaşacağı Çempionlar Liqasının 1/8 finalının püşkatmasını şərh edib.

İdman.Biz bildirir ki, “Mançester Siti” 2025/2026 mövsümündə Çempionlar Liqasının əsas mərhələsində “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib.

“Bu yarışın tarixinin ən yaxşı komandaları ilə oynayanda öyrənirsən, inkişaf edirsən və daha da yaxşılaşırsan”, - Qvardiola bildirib.

Turnirin hazırkı finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.

İdman.Biz