İngiltərə Premyer Liqasının 28-ci turunda “Vulverhempton” evdə “Aston Villa”nı 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz-in məlumatına görə, oyun “Molineux” stadionunda baş tutub.
Meydan sahiblərinin yarımmüdafiəçisi Joao Qomes 61-ci dəqiqədə hesabı açıb. Rodriqu Qomeş oyunun 90+8-ci dəqiqəsində ikinci qolu vurub.
Məğlubiyyətə baxmayaraq, “Aston Villa” 51 xalla turnir cədvəlində üçüncü yerdədir. 13 xalla “Vulverhempton” isə 20-ci yerdədir.
