“Parma” “Kalyari” ilə oyunda məğlubiyyətdən qurtarıb - VİDEO

28 Fevral 2026 02:06
100
“Parma” “Kalyari” ilə oyunda məğlubiyyətdən qurtarıb

İtaliya çempionatının 27-ci turunun ilk oyununda “Parma” “Kalyari” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz-in məlumatına görə, matç bərabər mübarizə şəraitində keçib.

63-cü dəqiqədə Maykl Folorunşo “Kalyari”ni irəli çıxarıb. Meydan sahibləri 20 dəqiqə sonra hesabı bərabərləşdirməyi bacarıblar. Qaetano Oristanio yekun hesabı 1:1 edib.

Bu heç-heçədən sonra “Parma” turnir cədvəlində 11-ci, “Kalyari” isə 13-cü yerdədir.

İdman.Biz