“Mançester Siti”dən “Real” 1/8 final oyunlarına reaksiya: “Bu, finala bənzəyir”

27 Fevral 2026 21:11
92
“Mançester Siti”dən “Real” 1/8 final oyunlarına reaksiya: “Bu, finala bənzəyir”

“Mançester Siti”nin idman direktoru Uqo Viana Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, püşkatmada “şəhərlilər” “Real Madrid”lə qarşılaşacaq.

“Bu, hər iki komanda üçün vacib oyundur. Artıq ümumi mərhələdə qarşılaşmışıq. Bu, həqiqətən maraqlı oyun olacaq və iştirak etmək xoşdur. Əlbəttə ki, bu, final kimi hiss olunur. Yenidən (“Santyaqo Bernabeu”ya) gedib belə bir rəqiblə qarşılaşmaqdan və bu cür matçları oynamaqdan məmnunuq.

Final? Bu barədə danışmaq üçün hələ tezdir. Hər oyunu ayrıca düşünməliyik", - Viana “Mançester Siti”nin mətbuat xidmətinin rəsmi saytında bildirib.

2025/2026 mövsümünün əsas mərhələsində “Mançester Siti” “Real Madrid”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz