“Red Bull”, “Liverpul”un keçmiş məşqçisi Yurgen Kloppun qlobal futbol bölməsinin rəhbəri kimi fəaliyyətindən narazıdır.
İdman.Biz-in AS-a istinadən verdiyi məlumata görə, şirkətin alman menecerlə münasibətləri bir il ərzində bitə bilər.
Mənbənin məlumatına görə, “Red Bull” Kloppun bu yay məşqçiliyə qayıtmasına mane olmayacaq. Avstriya şirkəti hazırda “Kristal Palas” komandasını idarə edən Oliver Qlasneri 58 yaşlı menecerin yerinə təyin etməyi düşünür.
Klopp uzunmüddətli məşqçi kimi “Real Madrid” ilə əlaqələndirilir.
