“Atletiko Madrid”in hücumçusu Aleksandr Sörlot Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.Biz bildirir ki, yarışın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.
Norveçli hücumçu pley-off mərhələsinin ikinci oyununda “Brügge” (4:1) ilə oyunda het-trik edib. “Atletiko” 1/8 finala yüksəlib.
Səsvermədə Sörlot “İnter” üzərində 2:1 hesablı qələbə qazanılan oyunda qol vuran və məhsuldar ötürmə edən “Bodo-Qlimt”in hücumçusu Yens Petter Högeyə, “Benfika”ya qarşı bərabərlik qolunu vuran “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameniyə (2:1) və “Yuventus”a qarşı qol vuran “Qalatasaray”ın hücumçusu Viktor Osimhenə (əlavə vaxtda 2:3) qalib gəlib.
