Çempionlar Liqasında həftənin komandası elan olunub

26 Fevral 2026 20:30
148
Çempionlar Liqasında həftənin komandası elan olunub

Çempionlar Liqasının mətbuat xidməti X sosial media səhifəsində bu həftənin yarışının ən yaxşı oyunçularından ibarət simvolik komandanı dərc edib.

Qapıçı: Yan Oblak (Atletiko Madrid).

Müdafiəçilər: Davide Zappakosta (Atalanta), Odin Börtuft (Bodo-Qlimt), Edmond Tapsoba (Bayer), Ueston Makenni (Yuventus).

Yarımmüdafiəçilər: Orelyen Tçuameni (Real Madrid), Sandro Tonali (Nyukasl Yunayted).

Hücumçular: Xviça Kvaratsxeliya (PSJ), Yens Petter Höge (Bodo-Qlimt), Viktor Osimhen (Qalatasaray), Aleksander Sörlot (Atletiko Madrid).

Bu ilki turnirin finalı Budapeştdəki Puskas Arenada keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.

İdman.Biz