Məşhur “Goal” onlayn portalı pley-off oyunlarından sonra 2025/2026 UEFA Çempionlar Liqasını qazanmaq üçün namizədlərin reytinqini tərtib edib.
İdman.Biz bildirir ki, reytinqə Londonun “Arsenal” klubu başçılıq edir. “Bavariya”, “Mançester Siti”, “Liverpul” və PSJ də ilk beş favorit arasındadır.
Komandaların tam reytinqi belədir:
1. Arsenal;
2. Bavariya;
3. Mançester Siti;
4. Liverpul;
5. PSJ;
6. Barselona;
7. Real Madrid;
8. Çelsi;
9. Atletiko;
10. Sportinq;
11. Nyukasl;
12. Atalanta;
13. Bodo-Qlimt;
14. Tottenhem;
15. Qalatasaray;
16. Bayer Leverkusen.
Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarının püşkatması fevralın 27-də keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, Çempionlar Liqasının cari mövsümünün 1/8 final mərhələsinin oyunları 2026-cı il martın 10-11-də və 17-18-də keçiriləcək.
