"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen karyerasında xüsusi yer tutan anlardan birini yaşayıb. Nigeriyalı hücumçu matçdan sonra İtaliya futbolunun əfsanəsi Alessandro Del Pyero ilə bir araya gəlib.
İdman.Biz xəbər verir ki, Osimhen uşaqlıqdan kumiri olan sabiq futbolçuya yaxınlaşaraq ondan selfi çəkdirməyi xahiş edib. Həmin anlar sosial şəbəkələrdə böyük marağa səbəb olub və azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.
Xatırladaq ki, Osimhen daha əvvəl verdiyi müsahibələrdə Del Pyeronun oyun üslubuna heyran olduğunu və ondan ilham aldığını gizlətməmişdi.
