“Barselona”nın yarımmüdafiəçisi Pedri “Real Madrid”in hücumçusu Vinisius Juniorun ondan üç dəfə daha sürətlə qaçdığını iddia edib.
“Qaçışda kimlə yarışmaq istəməzdim? Demək olar ki, hamıyla, mən bir az yavaşam. Mbappe, Vinisius... Bəli, Vinisius topu alanda yalnız dua etmək qalır. O, məndən üç dəfə daha sürətlə qaçır”, - deyə Pedri bildirib.
23 yaşlı Pedri bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, iki qol vurub və səkkiz məhsuldar ötürmə edib. 25 yaşlı Vinisius bütün yarışlarda 36 oyun keçirib, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
