“Barselona” prezidentliyinə namizəd Viktor Font seçkilərdə rəqibi və hazırkı “blauqrana” prezidenti Joan Laportanı tənqid edib.
İdman.Biz xəbər verir ki, Laporta ona qarşı açılan çirkli pulların yuyulması ilə bağlı şikayətin arxasında Fontun ola biləcəyinə işarə etmişdi.
“Laporta hər gün getdikcə daha çox Trampa oxşayır. O, xəyali düşmənlər axtarır və insanları aldadır. Onlar bizi döyüşə çəkmək, məni ləkələmək istəyirlər, amma mən sadəcə “Barselona” azarkeşiyəm”, - deyə AS qəzeti Fontun sözlərini sitat gətirib.
“Barselona” prezidenti seçkiləri bu ilin martın 15-də keçiriləcək. “Blauqrana”nın yeni prezidenti 1 iyulda vəzifəsinin icrasına başlayacaq.
