İHFFS ilin ən yaxşı futbolçusunu seçib

Xəbərlər
27 Dekabr 2023 00:09
172
İHFFS ilin ən yaxşı futbolçusunu seçib

Beynəlxalq Futbol Federasiyaları Tarixi və Statistikası (İFFHS) 2023-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand birinci olub.

Çempionlar Liqasının qalibi Kilian Mbappe və Lionel Messini qabaqlayıb.

Siyahıda “Mançester Siti”nin 4 futbolçusu yer alıb. Holandla bərabər Rodriqo, Kevin De Bruyne və Bernardu Silva Top-10-da qərarlaşıb.

İFFHS-in versiyasına görə Top-10

1. Erlinq Holand (hücumçu, “Mançester Siti”).
2. Kilian Mbappe (hücumçu, PSJ).
3. Lionel Messi (hücumçu, “İnter Mayami”).
4. Rodriqo (yarımmüdafiəçi, “Mançester Siti”).
5. Cud Bellingem (yarımmüdafiəçi, “Real”).
6. Kevin De Bruyne (yarımmüdafiəçi, “Mançester Siti”).
7. Harri Keyn (yarımmüdafiəçi, “Bavariya”).
8. Bernardu Silva (yarımmüdafiəçi, “Mançester Siti”).
9. Vinisius Junior (hücumçu, “Real”).
10. Lautaro Martines (hücumçu, “İnter”).

İdman.biz