Fatih Terim rəsmən “Panatinaikos”da

Xəbərlər
26 Dekabr 2023 22:02
434
Fatih Terim rəsmən “Panatinaikos”da

Fatih Terim Yunanıstanın “Panatinaikos”un baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, bu barədə Afina klubu rəsmi açıqlama yayıb.
Açıqlamada “Xoş gəldim İmparator Fatih Terim” deyilib. Türkiyə mütəxəssis buna cavab olaraq, sosial şəbəkədə “Mərhaba “Panatinaikos” paylaşımı edib. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Afina klubu 2010-cu ildən Yunanıstan çempionu ola bilməyib. Hazırki mövsümdə komanda lider PAOK-dan 1 xal geri qalır.

İdman.biz