Messi – adı ən çox axtarılan futbolçu

Xəbərlər
26 Dekabr 2023 19:43
479
Messi – adı ən çox axtarılan futbolçu

2023-cü ildə adı axtarışa ən çox verilən futbolçunun adı müəyyənləşib.

İdman.biz xəbər verir ki, Lionel Messi ilk pillədə qərarlaşıb.

Argentinalı ulduzu axtarışa verənlər siyahısında onun vətəni ilə yanaşı, Niderland, İtaliya, ABŞ, Çin, Misir, Hindistan və Türkiyə kimi ölkələrin adları var. Messinin son illərdəki əsas rəqibi Kriştiano Ronaldo yalnız öz ölkəsi Portuqaliyada futbolsevərlərin maraq dairəsində olub. “Çelsi”nin gənc ekvadorlu yarımmüdafiəçisi Moyzes Kaysedo Böyük Britaniyada populyarlığı ilə fərqlənib. Onun adı İrlandiya, Uels və Şimalı Irlandiyada daha çox axtarılıb.

Qeyd edək ki, 2022-ci ildə dünya çempionu olan Messi “Qızıl top-2023” mükafatını qazanıb. Argentinalı 8-ci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

İdman.biz

Məqalədə: