“Barselona” və “ Mançester Siti” Braunla maraqlanır - Bild

21 Fevral 2026 00:26
103
“Barselona” və “ Mançester Siti” Braunla maraqlanır - Bild

“Barselona” və “Mançester Siti” “Ayntraxt”ın sol cinah müdafiəçisi Nataniel Braunu yaxından izləyir.

İdman.Biz bu barədə Bild-ə istinadən məlumat verir.

Mənbəyə görə, alman klubu 22 yaşlı futbolçu üçün ən azı 65 milyon avro tələb edəcək.

Daha əvvəl media orqanları “Mançester Yunayted”in Brauna maraq göstərdiyini bildirmişdi.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz